Makron və Əl Şaraa Suriyada vəziyyəti müzakirə etdilər

Dünya

18.01.2026 19:08

Fransa Prezidenti Emmanuel Makron Suriya Prezidenti Əhməd Əl Şaraa ilə telefon danışığı apararaq ölkədə gərginliyin artması və davam edən hücumlarla bağlı narahatlığını ifadə edib.

TodayPress TV xəbər verir ki, Makron bu barədə "X"də yazıb.

"Bu gün səhər Suriyanın Prezidenti ilə danışdım. Ona Suriyada gərginliyin artması və ölkə hakimiyyəti tərəfindən həyata keçirilən hücumların davam etməsi ilə bağlı narahatlığımızı bildirdim. Daimi atəşkəsin təmin olunması vacibdir və ötən ilin martında əldə olunmuş razılaşmalar əsasında "Suriya Demokratik Qüvvələri"nin (SDQ) dövlətə inteqrasiyası barədə sazişə nail olunmalıdır. Söhbət Suriyanın birliyi və sabitliyindən gedir", – Fransa lideri vurğulayıb.

TodayPress TV

tag: Fransa ,Suriya ,Emmanuel Makron ,Əhməd Əl Şaraa ,Todaypress.tv,