Makron Hörmüz boğazının hərbi yolla açılmasını "real olmayan" adlandırdı

Dünya

02.04.2026 21:30

Fransa Prezidenti Emmanuel Makron Hörmüz boğazının hərbi yolla açılması cəhdini "real olmayan" hesab edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Makron bildirib ki, belə bir əməliyyat qeyri-müəyyən müddət çəkəcək və iştirakçıları ballistik raketlər də daxil olmaqla, İran İslam İnqilabı Keşikçiləri Korpusunun risklərinə məruz qoyacaq.

"Biz heç vaxt bu variantı seçməmişik və bunu qeyri-real hesab edirik. Bu boğazı yenidən aça bilməliyik, çünki o, enerji, gübrələr və beynəlxalq ticarət üçün strateji əhəmiyyət kəsb edir. Lakin bu, yalnız İranın razılığı ilə edilə bilər", - deyə Fransa Prezidenti əlavə edib.

Onun sözlərinə görə, ilk addım atəşkəs olmalı, ardınca danışıqlar bərpa olunmalı və təhlükəsizlik missiyaları gəmilərin atəşə tutulmamasını təmin etməlidir.

Makron vurğulayıb ki, dünya İranın istənilən vaxt boğazı açmaq və ya bağlamaq qərarına gələ biləcəyi bir vəziyyətə dözə bilməz.

Aysel Mətləb

TodayPress TV

tag: Makron,Hörmüz,Atəşkəs,İran,TodayPress TV,