Madaqaskarda dövlət çevrilişi edildi

Dünya

03.04.2026 16:32

Madaqaskar hakimiyyəti ölkə prezidentinə qarşı dövlət çevrilişi və sui-qəsd cəhdinin qarşısını aldığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu məlumatı prokuror Narindra Rakotoniaina təsdiqləyib.

Hüquq-mühafizə orqanları 11 nəfəri saxlayıb, daha iki nəfər isə axtarışdadır. Sui-qəsddə şübhəli bilinənlər arasında fəal zabitlər və bir general də var. Prokuror bildirib ki, saxlanılanlar prezidentə qarşı sui-qəsd cəhdində və planlaşdırılan dövlət çevrilişində iştirak ediblər.

Ev axtarışları zamanı müstəntiqlər külli miqdarda nağd pul və silah aşkar edərək müsadirə ediblər. Hakimiyyət əvvəlki prezident administrasiyasında xidmət etmiş, lakin yanvar ayında vəzifəsindən azad edilmiş polkovnik Patrik Rakotomamondjini “cinayətkar əməliyyat”ın əsas təşkilatçılarından biri kimi təqdim edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Madaqaskar,Sui-qəsd,Çevriliş,Prezident,Todaypress.tv,