Macarıstan və Moldovada ağır məğlubiyyətə uğradı - Rusiya Ermənistanda "qanı su yerinə" axıdacaq

Dünya

20.05.2026 16:46

Ermənistanda 7 iyun 2026-cı ildə keçiriləcək parlament seçkiləri öncəsi Rusiya rəhbərliyinin Baş nazir Nikol Paşinyanın yenidən hakimiyyətə gəlməsinin qarşısını almağa çalışdığı bildirilir.

TodayPress TV xəbər verir ki, bu barədə "Carnegieendowment" məlumat yayıb.

Məlumata görə, Rusiya Macarıstan və Moldovadakı uğursuz siyasi təsir cəhdlərindən sonra diqqətini Ermənistana yönəldib. Hazırda Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyası seçki sorğularında öndədir.

Ekspertlərin fikrincə, Rusiyaya yaxın qüvvələr seçkilərə təsir etmək üçün dezinformasiya kampaniyaları, sosial şəbəkələrdə koordinasiyalı fəaliyyət və pro-Rusiya müxalifətə dəstək üsullarından istifadə edir. Xüsusilə Güclü Ermənistan Partiyası və keçmiş prezident Robert Koçaryanın siyasi blokunun dəstəkləndiyi qeyd olunur.

Məlumatlarda Paşinyana qarşı korrupsiya, “torpaq Azərbaycana verilir” və digər iddiaların yayıldığı bildirilir. Həmçinin “Storm-1516” adlı şəbəkənin və Rusiya yönlü media resurslarının sosial mediada fəal işlədiyi vurğulanır.

Analitiklər hesab edir ki, Moskva Ermənistanın Qərblə yaxınlaşmasından, KTMT-dən uzaqlaşmasından və regionda aparılan sülh prosesindən narahatdır. Buna baxmayaraq, Paşinyanın ictimai dəstəyinin yüksək olduğu və onun yenidən seçilmə ehtimalının böyük olduğu bildirilir.

Seçkilərə bir aydan az vaxt qalarkən, beynəlxalq müşahidəçilər və Ermənistan vətəndaş cəmiyyəti mümkün xarici müdaxilələrin qarşısını almaq üçün fəaliyyətlərini gücləndirir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ermənistan,Rusiya,Paşinyan,Macarıstan,Todaypress.tv,