Macarıstan Ukrayna bankının vəsaitlərini dondurdu
Dünya
10.03.2026 20:50
Macarıstan Parlamenti dövlətə məxsus Ukrayna Əmanət Bankının işçilərindən ölkədə müsadirə edilmiş on milyonlarla dollar və avronu, eləcə də qızıl külçələri 60 gün müddətinə donduran qanun layihəsini təsdiqlədi.
TodayPress TV xəbər verir ki, bu barədə iclas qanunverici orqanın veb saytında yayımlanıb.
İclasda 124 üzv sənədin lehinə, 28 üzv əleyhinə səs verib, doqquz üzv isə bitərəf qalıb.
Qanun, istintaq orqanlarına əlavə səlahiyyətlər verir və onlara bütün məsələləri nəzərdən keçirmək, “Oschadbank” kollektorlarından vəsaitlərin müsadirə edilməsi ilə bağlı tədbir görmək üçün 60 gün vaxt verib.
Hakimiyyət orqanları onların hərəkətlərini şübhəli hesab edib və vəsaitlərin Macarıstan müxalifəti üçün nəzərdə tutulduğunu istisna etməyib. Macarıstan qanunvericiliyinə görə, siyasi partiyaların xaricdən maliyyələşdirilməsi cinayət hesab olunur.
Aysel Mətləb
tag: Macarıstan,Bank,Ukrayna,TodayPress TV,
