Lukaşenkonun qapısını bu dəfə Ukrayna prokurorluğu döyür

Lukaşenkonun qapısını bu dəfə Ukrayna prokurorluğu döyür
29.07.2026 00:55 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisi Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı cinayət işinin başlanılması məsələsinə baxılması üçün ölkənin Baş Prokurorluğuna müraciət edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, bu təşəbbüs Belarus müxalifətinin “Demokratik Qüvvələr Forumu”nun may ayında Zelenskiyə ünvanladığı müraciətdən sonra irəli sürülüb. Həmin müraciətdə Lukaşenkonun “hərbi cinayətlər” və “dövlət terroru”na görə məsuliyyətə cəlb olunması üçün addımlar atılması istənilib.

Zelenskinin Ofisi bu müraciətə cavab olaraq məsələni hüquqi müstəvidə qiymətləndirmək məqsədilə Baş Prokurorluğa rəsmi təklif göndərib. Prokurorluğun bu məsələ ilə bağlı hansı qərarı verəcəyi hələlik açıqlanmayıb.

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər