Lukaşenko: “Lazım gələrsə, Belarus Ukrayna ilə danışıqlara qoşulacaq”
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna ilə danışıqlara qoşulmaq məsələsində razılıq əldə olunub.
TodayPress TV xəbər verir ki, Lukaşenko bu fikirləri 1 avqustda Valaam adasında Putininlə görüşündə səsləndirib.
“Biz Vladimir Vladimiroviçlə çoxdan razılaşmışıq: əgər ehtiyac olarsa, o, mütləq xəbər verəcək və Belarus bu prosesə qoşulacaq”, - deyə o, qeyd edib.
Kremlin yaydığı görüntülərdə iki liderin bir-birini səmimi şəkildə salamladığı, qucaqlaşdığı və Lukaşenkonun Putinə kürəyindən vuraraq “lazımi vaxtda, lazımi yerdə görüşdük” dediyi əks olunub. Prezidentlər qeyri-rəsmi geyimdə olublar.
Qiymət Mahir