Gürcüstanda etirazların arxasında kim dayanır? - Sərt İTTİHAM

Gürcüstanda etirazların arxasında kim dayanır? - Sərt İTTİHAM
30.10.2026 18:22 Dünya

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqını (Aİ) ölkədə keçirilən etiraz aksiyalarını dolayı yollarla maliyyələşdirməkdə ittiham edib.

TodayPress TV xəbər verir ki, Kobaxidze Gürcüstanda qanunvericiliyin sərtləşdirilməsinə baxmayaraq, Aİ-nin etiraz aksiyalarına maliyyə dəstəyini davam etdirdiyinə dair əsaslı şübhələrin olduğunu bildirib.

Baş nazirin sözlərinə görə, Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos müəyyən təşkilatların maliyyələşdirilməsi üçün alternativ yollar axtardıqlarını açıq şəkildə bəyan edib.

“Marta Kos konkret təşkilatları maliyyələşdirmək üçün dolayı yollar axtardıqlarını birbaşa söyləyib. O, faktiki olaraq Gürcüstan qanunlarını pozmaq niyyətində olduğunu bildirib. Bu fonda ölkəmizdə xarici agentura tərəfindən təşkil olunan aksiyaların hələ də müxtəlif formalarda maliyyələşdirildiyinə dair əsaslı şübhələr var”, – deyə Kobaxidze vurğulayıb.

O, Avropa bürokratiyasının bu cür davranışını Gürcüstan xalqına qarşı təhqiramiz münasibət kimi qiymətləndirib.

Qeyd edək ki, Kobaxidzenin səsləndirdiyi ittihamlarla bağlı Avropa İttifaqının mövqeyi təqdim olunan məlumatda yer almayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər