Los-Ancelesdə komendant saatı tətbiq edildi

Los-Ancelesdə  komendant saatı tətbiq edildi
11.06.2025 06:15 Dünya
Los-Ancelesdə  etirazlar və iğtişaşlarla görə, komendant saatı tətbiq edilib.

TodayPress TV xəbər verir ki, bu barədə şəhərin meri Karen Bass mətbuat “Fox News” telekanalına bildirib.

“Şəhərdə baş verən vandalizm və qarətçiliyə son qoymaq üçün Los-Ancelesin mərkəzində komendant saatı tətbiq edilir. Los-Ancelesin mərkəzində yaşamayan və işləməyən şəxslər mərkəzdən uzaq dursunlar. Hüquq-mühafizə orqanları komendant saatını pozanları saxlayacaq”, – o açıqlayıb.

Məhdudiyyətlər çərşənbə axşamı yerli vaxtla saat 20:00-da qüvvəyə minəcək və çərşənbə günü saat 06:00-a  qədər qüvvədə olacaq.

Aynur TAC
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər