London dondurulmuş Rusiya aktivlərindən Ukraynaya yardım göndərməyə hazırdır
Dünya
05.12.2025 11:42
Britaniya hökuməti Rusiyanın dondurulmuş 8 milyard funt-sterlinq (10,6 milyard dollar) aktivlərini Kiyevə yardım üçün köçürməyi mümkün hesab edir.
TodayPress TV xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.
“Nazirlər Ukraynaya dəstək üçün Böyük Britaniyada dondurulmuş 8 milyard funt-sterlinqlik Rusiya aktivlərini köçürməyə hazırdırlar”, - deyə məlumatda bildirilir.
Qəzet yazır ki, London Avropa İttifaqı (Aİ) və digər ölkələrlə Ukraynanın hərbi ehtiyacları üçün 100 milyard funt-sterlinqə (133 milyard dollar) qədər vəsait ayırmağa imkan verən saziş bağlamağa çalışır ki, bu da münaqişənin davam etdirilməsi və ya sülh razılaşması əldə olunarsa, yenidənqurma fondunun növbəti iki il ərzində Ukraynanın maliyyə ehtiyaclarının üçdə ikisindən çoxunu ödəyəcək.
Aysel Mətləb
tag: Britaniya,Rusiya,Ukrayna,Yardım,Todaypress.tv,
