Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri

Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri
15.06.2026 22:32 Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin nəzarətə götürdüyü ərazilərlə bağlı diqqətçəkən açıqlama verib.

TodayPress TV xəbər verir ki, Netanyahu İsrailin təhlükəsizlik səbəbilə Suriya, Livan və Qəzzada nəzarətə götürdüyü bütün ərazilərdə qalmağa davam edəcəyini bildirib.

“İsrail Suriya, Livan və Qəzzada nəzarətə götürülən bütün ərazilərdə təhlükəsizlik səbəbi ilə qalacaq. Livanı tərk etməkdən söhbət belə gedə bilməz”, – deyə o vurğulayıb.

Baş nazirin açıqlaması regionda təhlükəsizlik məsələləri və İsrailin hərbi mövcudluğu ilə bağlı müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir. Bu bəyanatın beynəlxalq səviyyədə müxtəlif reaksiyalara səbəb olacağı gözlənilir.

TodayPress TV 

XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər