Livan İsrail ilə daimi atəşkəs razılaşması üzərində işləyir

Dünya

17.04.2026 23:35

“Livan hakimiyyəti İsrail ilə müvəqqəti deyil, daimi atəşkəs elan edəcək razılığa gəlmək üçün çalışır”.

TodayPress TV xəbər verir ki, bunu Livan Prezidenti Cozef Aun bildirib.

Prezidentin sözlərinə görə, onlar yeni bir mərhələdədirlər:

“Bu, xalqımızın hüquqlarını, ölkəmizin birliyini və millətimizin suverenliyini qoruyacaq daimi bir razılaşma üzərində işləmək üçün keçid mərhələsidir".

İsrail ilə birbaşa danışıqlardan danışan Livan prezidenti qeyd edib ki, bu, zəiflik və ya güzəşt əlaməti deyil. O, həmçinin milli ərazinin bir qarışını belə güzəştə getməyəcəyinə söz verib.

Aysel Mətləb

TodayPress TV

tag: Livan,Atəşkəs,Daimi,İsrail,TodayPress TV,