Quterreş BMT-dən sonra "evə" qayıdacaq

Quterreş BMT-dən sonra "evə" qayıdacaq
16.09.2026 22:51 Dünya

BMT-nin Baş katibi Antonio Quterreş bu ilin sonunda rəhbər vəzifəsindən ayrıldıqdan sonra Portuqaliyada yaşamağı planlaşdırır,

TodayPress TV xəbər verir ki, bu barədə o, jurnalistlər üçün keçirilən mətbuat konfransında bildirib

Quterreş, karyerasını hansı sahədə davam etdirəcəyini hələ bilmir:

“Peşəkar gələcəyimə gəlincə, doğrusunu desəm, heç bir fikrim yoxdur. Gələcəkdə harada yaşayacağıma gəldikdə isə əminəm ki, bu, Portuqaliya olacaq”.

Qeyd edək ki, 2017-ci ildən Baş katib vəzifəsini tutan Quterreşin səlahiyyətləri 2026-cı il dekabrın 31-də başa çatır. Hazırda Təhlükəsizlik Şurasının üzvləri səkkiz namizəd arasından dünya təşkilatının rəhbəri vəzifəsinə tövsiyə edəcəkləri namizədi seçirlər. Bundan sonra Baş Assambleya səsvermə keçirəcək və BMT-nin yeni Baş katibi rəsmi olaraq seçiləcək.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər