Məkkəyə hücum Türkiyənin reaksiyasına səbəb oldu
Türkiyə husilərin müqəddəs Məkkə şəhərinə pilotsuz uçuş aparatı ilə hücumunu qətiyyətlə pisləyib.
TodayPress TV bu barədə Türkiyə mediasına istinadla xəbər verir.
Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib ki, müqəddəs şəhər Məkkəyə PUA ilə həyata keçirilən hücum qətiyyətlə pislənilir.
Ankara Səudiyyə Ərəbistanının suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinə dəstəyini təsdiqləyib və ölkə ilə həmrəy olduğunu vurğulayıb.
Türkiyə həmçinin qeyd edib ki, bu cür hücumlar bütün regionun təhlükəsizliyi üçün təhdid yaradır. Ankara regional sabitliyə və təhlükəsizliyə zərər vuran hücumların dərhal dayandırılmasına və gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə çağırıb.
Kübra Musayeva