Avropa və Kanada NATO üçün milyardları səfərbər edir
NATO-nun baş katibi Mark Rütte Avropa ölkələri və Kanadanın alyansa yatırdığı vəsaitin əhəmiyyətli dərəcədə artdığını açıqlayıb.
TodayPress TV bu barədə xarici mediaya istinadla xəbər verir.
Rütte bildirib ki, Avropa NATO üzvləri və Kanadanın 2025–2026-cı illərdə alyansa yönəltdiyi əlavə investisiyaların ümumi həcmi 258 milyard dollar təşkil edəcək.
Baş katibin sözlərinə görə, yalnız 2025-ci ildə Avropa müttəfiqləri və Kanada əsas müdafiə xərclərini əvvəlki illə müqayisədə təxminən 20 faiz artırıb.
Kübra Musayeva