Lavrov: "Rusiya Yaxın Şərqdə gərginliyi azaltmağa hazırdır”

Dünya

10.03.2026 18:26

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.

TodayPress TV  "Kommersant"a istinadən xəbər verir ki, rusiyalı nazir Moskvanın İran tərəfinin təhlükəsizlik maraqlarını nəzərə alaraq Yaxın Şərqdəki münaqişənin həllinə kömək etməyə hazır olduğunu vurğulayıb.   

Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunur: 
"ABŞ və İsrailin İrana qarşı təcavüzündən sonra kəskin şəkildə pisləşən Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi davam etdirilib. Sergey Lavrov gərginliyin tez bir zamanda azaldılması və siyasi-diplomatik həll yoluna qayıtmaq lehinə prinsipial mövqeyini bir daha təsdiqləyib. Rusiya tərəfi İranın və onun regiondakı qonşularının təhlükəsizlik maraqlarını nəzərə alaraq bu həll yolunu asanlaşdırmağa sadiqdir". 

Jalə Rövşən 

TodayPress TV 

tag: Rusiya, Sergey Lavrov,Abbas Əraqçi,İran ,Todaypress.tv,