Lavrov Quterreşi ittiham etdi

Lavrov Quterreşi ittiham etdi
24.06.2025 14:00 Dünya

Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Baş katibi Antonio Quterreşi səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edib.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Lavrov bildirib ki, Quterreş "öz vəzifəsindən müntəzəm şəkildə sui-istifadə edir" və əsas məlumatların paylaşılmasından imtina edir. Onun sözlərinə görə, bu mövqe Quterreşin 2022-ci ildə Buçada tapılan şəxslərin siyahısını Rusiyaya təqdim etməməsi və 2014-cü ildə Odessada baş verən hadisələrlə bağlı araşdırma aparılmaması ilə bağlıdır.

Nazir qeyd edib ki, onun narahatlığı Quterreşin şəxsiyyəti ilə deyil, vəzifəsinə görədir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər