Küveyt HDQ-nin hərbçisi xidmət zamanı həlak oldu
Küveyt Hərbi Dəniz Qüvvələrinin hərbçisi xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.
TodayPress TV xəbər verir ki, bu barədə Küveyt Silahlı Qüvvələri Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.
“Küveyt Silahlı Qüvvələrinin tərkibində xidmət zamanı Hərbi Dəniz Qüvvələrinin çavuşu həlak olub”, - deyə açıqlamada bildirilib.
Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Aysel Mətləb