Küveyt hava məkanında uçuş qadağası yenidən uzadıldı
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlamasından sonra 28 fevralda bağlanan Küveyt hava məkanı ardıcıl 50-ci gündür ki, bağlı qalacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Yaxın Şərq hava nəqliyyatının idarə olunmasındakı mənbə "TASS"a bildirib.
Məlumata görə, ölkənin aviasiya hakimiyyəti uçuş qadağasını ən azı daha 12 saat uzadıb.
Bu dövr, həmçinin müvəqqəti adlandırılıb və qadağanın daha da uzadılması ehtimalı istisna edilməyib.
Aysel Mətləb