Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər
Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin məsuliyyətli və ciddi danışıqlar aparmaq istədiyi halda Moskvaya səfər edə biləcəyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, Kreml nümayəndələri bildirib ki, Zelenski belə bir niyyət nümayiş etdirərsə, Moskvada qəbul olunacaq.
“Əgər Zelenski məsuliyyətli və ciddi şəkildə danışmağa hazırdırsa, o, hər zaman Moskvaya gələ bilər və burada qəbul ediləcək”, – deyə Kremlin açıqlamasında qeyd olunub.