Kreml üçtərəfli görüşün tarixini təsdiqlədi

Kreml üçtərəfli görüşün tarixini təsdiqlədi
02.02.2026 15:34 Dünya

Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətlərinin sülh nizamlanması üzrə görüş 4-5 fevral tarixlərində keçiriləcək.   

TodayPress TV xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

O, hər üç tərəfin cədvəllərinin əlavə əlaqələndirilməsinə ehtiyac olduğuna görə görüşün təxirə salındığını bildirib.

Xatırladaq ki, bundan bir müddət əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski eyni tarixləri açıqlamışdı.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər