Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi

Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi
31.07.2026 18:36 Dünya

Ukraynanın zərbələri nəticəsində elektrik enerjisi və su təchizatında yaranan fasilələr fonunda Rusiyanın ilhaq etdiyi Krım və Sevastopolda kommunal xidmətlərin tariflərinin artırılması planlaşdırılır.

TodayPress TV xəbər verir ki, məlumata görə, Sevastopolda istilik, su təchizatı, kanalizasiya və məişət tullantılarının daşınması xidmətlərinin tarifləri 13,8 faiz, elektrik enerjisinin qiyməti 11,3 faiz, təbii qazın tarifi isə 13,8 faiz artırıla bilər.

Krımda isə istilik, su təchizatı və tullantıların daşınması xidmətləri üzrə tariflərin 14 faizə, elektrik enerjisinin 11,3 faizə, təbii qazın isə 10,1 faizə qədər bahalaşacağı bildirilir.

XƏBƏR LENTİ
31 IYUL 2026
Bütün Xəbərlər