Klüçevskoy vulkanı yenidən aktivləşdi

Klüçevskoy vulkanı yenidən aktivləşdi
30.07.2025 19:45 Dünya

Rusiyanın Kamçatka yarımadasında güclü zəlzələdən sonra yerləşən Klüçevskoy vulkanı püskürməyə başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "RİA" məlumat yayıb.  

Bildirilib ki, vulkanın yamacları boyunca lava axmağa başlayıb. 

Qeyd olunub ki, Klüçevskoy vulkanı Avrasiya materikində yerləşən ən hündür aktiv vulkandır. O, regionun paytaxtı Petropavlovsk-Kamçatsk şəhərindən təxminən 450 kilometr məsafədə yerləşir.

Bu, Klüçevskoy vulkanının 2020-ci illərdə qeydə alınan beşinci püskürməsidir.

Töhfə Səməd 

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər