Moskva geri addım atacaq? - Zelenski TARİXİ AÇIQLADI
Ukrayna sentyabr və ya oktyabr aylarında Rusiya ilə danışıqları yenidən başlatmaq niyyətindədir.
TodayPress TV xəbər verir ki, “Axios”un məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin qış dövründə Ukrayna ilə Rusiya arasında gərginliyi azaltmaq imkanlarını nəzərdən keçirdiyini və daha geniş sülh danışıqlarını bərpa etməyə çalışdığını bildirib.
Zelenski qeyd edib ki, ABŞ nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin Moskvada Rusiya Prezidenti Vladimir Putinlə, daha sonra isə Kiyevdə Zelenski ilə keçirdiyi görüşlər zamanı əsas mesaj “rusların danışıqlara hazır olması” olub. Bununla belə, Zelenski Rusiyanın davam edən hücumlarını nəzərə alaraq bu məsələyə ehtiyatla yanaşdığını bildirib.
Mümkün etimad quruculuğu tədbirləri sırasında enerji infrastrukturu, taxıl tədarükü, elektrik enerjisi, həmçinin neft və qazla bağlı razılaşmaların yer alacağı qeyd olunur.
Zelenskinin sözlərinə görə, məqsəd “tərəfləri sülhə yaxınlaşdıra biləcək tədbirləri” müəyyənləşdirməkdir.
Ukrayna lideri hesab edir ki, Putin daha çevik mövqe nümayiş etdirə bilər. O bildirib ki, Putinə Tramp lazımdır və Rusiya lideri ABŞ-də keçiriləcək aralıq seçkiləri öncəsi Trampı narazı salmaq istəmir.
Eyni zamanda Zelenski xəbərdarlıq edib ki, Rusiya qış fəslindən Ukraynaya təzyiqi artırmaq üçün istifadə etməyi planlaşdırır.
“Rusiya həqiqətən düşünür ki, bu qış bizi sındırmağa kömək edə bilər”, – Zelenski deyib.
Ukrayna Prezidenti danışıqların sentyabr və ya oktyabrda bərpa edilməsini istədiklərini vurğulayıb.
“Dialoq olmadan nəticə əldə edə bilməyəcəyik”, – Zelenski bildirib.
Kübra Musayeva