KİV: İran münaqişəsi Avropanı seçim qarşısında qoydu

KİV: İran münaqişəsi Avropanı seçim qarşısında qoydu
01.04.2026 19:15 Dünya

ABŞ və İran arasında baş verən qarşıdurma Avropada uzun illərdir davam edən müdafiə xərcləri çatışmazlığını daha da qabardaraq liderləri hərbi büdcə ilə sosial xərclər arasında seçim etməyə məcbur edir. 

TodayPress TV xəbər verir ki, bu barədə “The New York Times” qəzetinin analitikləri məlumat yayıblar.

Məlumata görə, nəşr Avropanın “silah yoxsa rifah” seçimi ilə üz-üzə qaldığını qeyd edir və bildirir ki, İranla münaqişə bu problemi daha da dərinləşdirib. Bu yanaşma dövlətlərin büdcə planlaşdırmasında müdafiə xərcləri ilə vətəndaşlara yönəlik sosial öhdəliklər arasında balans yaratmasını tələb edir. Əksər hallarda hərbi xərclərin artırılması səhiyyə, təhsil və infrastruktur kimi sahələrdə ixtisarlarla nəticələnir.

Analitiklər qeyd edib ki, Avropa uzun illər ABŞ-nin təhlükəsizlik təminatından faydalanaraq sosial təminata daha çox investisiya edib. Lakin ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra bu balans dəyişib və o, Avropa ölkələrini öz müdafiələrini müstəqil şəkildə təmin etməyə çağırıb.

Nəşr vurğulayıb ki, Avropa ölkələrinin əksəriyyəti ABŞ-dən hərbi asılılığı azaltmaq üçün müdafiə xərclərini artırmalı olduqlarını anlayır. Bununla belə, bu keçid həm maliyyə, həm də siyasi baxımdan ağrılı ola bilər. Bildirilib ki, müdafiəni gücləndirmək üçün vergilərin artırılması və sosial xərclərin azaldılması ictimai narazılığa səbəb ola və mövcud siyasi liderlər üçün risk yarada bilər.

Eyni zamanda, İranla bağlı gərginlik və Hörmüz boğazının bağlanması fonunda yanacaq qiymətlərinin artması vəziyyəti daha da ağırlaşdırır və Avropa əhalisi artıq benzin vergilərinin ləğvini tələb etməyə başlayıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bütün Xəbərlər