KİV: İran-ABŞ danışıqları yalnız nüvə proqramı üzrə olacaq
Dünya
04.02.2026 15:12
İranın Omanda ABŞ ilə danışıqlar zamanı raket proqramına və Yaxın Şərqdəki xarici siyasətinə məhdudiyyətləri müzakirə etmək niyyəti yoxdur.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, İran yalnız nüvə proqramı ilə bağlı məsələlər üzrə dialoqa hazırdır.
"Bloomberg" mənbələrinin məlumatına görə, danışıqların əvvəllər İranın xarici işlər naziri Abbas Əraqçi, ABŞ-nin xüsusi elçisi Stiv Uİtkoff və sahibkar Cared Kuşnerin iştirakı ilə Türkiyədə keçirilməsi planlaşdırılırdı.
Agentliyin məlumatına görə, Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Pakistan və Səudiyyə Ərəbistanı hərbi eskalasiyanın qarşısını almaq üçün diplomatik səylər göstərir.
Jalə Rövşən
tag: İran ,ABŞ,Nüvə,Danışıq ,Todaypress.tv,
