KİV: Fransada separatçılıqla mübarizə haqqında qanun sərtləşdiriləcək
Dünya
03.04.2026 05:30
Fransanın daxili işlər naziri Loran Nunez aprelin sonunda Nazirlər Şurasına 2021-ci ildə qəbul edilmiş separatçılıq haqqında qanunun tətbiqi üçün hakimiyyət orqanlarının səlahiyyətlərinin genişləndirilməsi təşəbbüsünü təqdim edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.
"2021-ci ildə separatçılıq haqqında qanun qəbul edilib, lakin onun tətbiqi zamanı məlum oldu ki, orada bir sıra qanunvericilik səlahiyyətləri çatışmır. Buna görə də ideya ondan ibarətdir ki, radikal ünsürlərin nüfuz etməsinə qarşı mübarizə çərçivəsində təşkilatları buraxmaq, onların inzibati aktivlərini dondurmaq və ya nifrətə yaxud diskriminasiyaya çağırış etdikləri təqdirdə müəyyən nəşrləri qadağan etmək kimi yeni müddəalarla bu qanun tamamlansın", - deyə nəşr nazirin yüzlərlə yüksək rütbəli məmurla keçirdiyi müşavirədəki sözlərindən sitat gətirib.
Həmçinin bildirilib ki, "Müsəlman qardaşlar" assosiasiyası ilə əlaqəli olan "Fransa Müsəlmanları" təşkilatının illik toplantısını qadağan etmək barədə göstəriş verilib.
Aysel Mətləb
tag: Fransa,Separatçılıq,Qanun,Loran Nunez,TodayPress TV,
