Kim Çen In Çinə gedir
Şimali Koreya lideri Kim Çen In Pxenyandan xüsusi qatarla Çinə yola düşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb.
Bildirilib ki, Kim günorta saatlarında Şimali Koreyanı tərk edib və hazırda yoldadır. Onun qatarlə bir gecə ərzində Çin sərhədini keçərək ertəsi gün Pekinə çatacağı gözlənilir. Pxenyan-Pekin marşrutu ilə qatar səyahəti adətən 20–24 saat davam edir.
Məlumata görə, Kim Çen In Çinə İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı təşkil olunan tədbirlərdə iştirak etmək üçün rəsmi səfər edir. Bu, onun xaricə 11-ci səfəri olacaq.
Türkan İsgəndərli