Keniyada daşqın qurbanlarının sayı 49-a çatdı
Dünya
11.03.2026 05:00
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 49-a çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Daily Nation" qəzeti məlumat yayıb.
Keniyada daşqınlar martın 6-dan davam edir, ölənlərin əksəriyyəti Nayrobidədir. Azı 2,6 min ailə evlərini tərk etmək məcburiyyətində qalıb.
Polisin məlumatına görə, bir neçə rayonda axtarış-xilasetmə əməliyyatları davam edir.
Təbii fəlakət infrastruktura da əhəmiyyətli ziyan vurub. Bir çox yerlərdə yolları su basıb, su xəttləri və kanalizasiya sistemləri zədələnib, elektrik təchizatı pozulub. Həmçinin 16 polis bölməsi su altında qalıb. Bununla belə, hüquq-mühafizə orqanları əmin ediblər ki, bu problemlər zərərçəkənlərə yardım göstərilməsi və daşqınların dağıdıcı nəticələrinin tezliklə aradan qaldırılması işlərinə təsir etməyib.
tag: Keniya, Ölüm,Polis,Daşqın, todaypress.tv,
