Kanadanın Baş naziri Makron və Starmerlə söhbətindən danışdı
Dünya
18.04.2026 10:23
Kanadanın Baş naziri Mark Starmer Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerlə Hörmüz boğazı ətrafındakı vəziyyətlə bağlı söhbətini paylaşıb.
TodayPress TV xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.
“Bu səhər mən Emmanuel Makron və Kir Starmer də daxil olmaqla, digər liderlərlə Hörmüz boğazına təsir edən, sürətlə dəyişən təhlükəsizlik və iqtisadi vəziyyət, o cümlədən qlobal dəniz nəqliyyatı, enerji bazarları və vacib təchizat zəncirlərində ciddi pozuntular barədə danışdım”, - deyə Karni bildirib.
Baş nazir İsrail ilə Livan arasında atəşkəsi və İranın boğazının yenidən açacağı ilə bağlı açıqlamanı alqışladıqlarını vurğulayıb.
"Kanada bu yaxınlarda cavab hücumları və iqtisadi təzyiqlərlə üzləşən Körfəz tərəfdaşlarımızla tam həmrəydir. Eyni zamanda Fransa və Birləşmiş Krallığın bu vacib dəhlizdən təhlükəsiz və etibarlı keçidi bərpa etməyə yönəlmiş diplomatik və planlaşdırma təşəbbüslərini irəli sürmək səylərini alqışlayırıq".
Aysel Mətləb
tag: Mark Karni,Kir Starmer,Emmanuel Makron,Hörmüz,TodayPress TV,
