Kamçatkada güclü zəlzələ baş verdi
Kamçatkada 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatski şəhərindən 171 km aralıda, 77,1 km dərinlikdə yerləşib.
Türkan İsgəndərli