Kamçatka sahillərində səkkiz zəlzələ baş verdi

Kamçatka sahillərində səkkiz zəlzələ baş verdi
31.07.2025 10:25 Dünya

Rusiyanın Kamçatka bölgəsində bir saat ərzində ardıcıl səkkiz zəlzələ qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialının "Telegram" kanalında məlumat verilib.  

Seysmoloqlar açıqlayıb ki, zəlzələlərin maqnituda göstəricisi 4,5 ilə 6,7 bal arasında dəyişib. Yeraltı təkanların yer səthində hissolunma gücü 2-3 bal arasında olub.

Töhfə Səməd 

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər