Kaliforniyadakı ABŞ qoşunları Yaxın Şərqi üstələyir
ABŞ-nin Los-Anceles şəhərində hazırda yerləşdirilən hərbi kontingentin sayı İraq və Suriyadakı amerikalı hərbçilərin ümumi sayını üstələyir.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı “ABC” telekanalı yayıb.
Bildirilib ki, hazırda Los-Ancelesdə 4800 hərbçi – Milli Qvardiya və Dəniz Piyadaları Korpusu üzvü yerləşdirilib. Müqayisə üçün: İraqda 2500, Suriyada isə 1500 amerikalı hərbçi xidmət edir.
Qeyd edək ki, ABŞ ordusunun Los-Ancelesdəki mövcudluğu miqrasiya əleyhinə etiraz aksiyaları və onlarla bağlı baş verən iğtişaşlar fonunda gücləndirilib.
Qiymət Mahir