Türkiyədə gəmi qayığa çırpıldı, sonra tarixi villanı dağıtdı - VİDEO
İstanbulda Bosfor boğazında hərəkətdə olan motorlu gəmi sürət qayığına çırılıb. Daha sonra idarəetməni itirən gəmi sahildəki tarixi villanın körpüsünə və binaya çırpılıb.
TodayPress TV xəbər verir ki, bu barədə villanın sahibi Derin Mermerci məlumat verib.
Hadisə anı təhlükəsizlik kameralarına düşüb. Görüntülərdə gəminin əvvəlcə kiçik qayığa çırpıldığı, daha sonra villanın qarşısındakı körpünü dağıdaraq binaya dəydiyi görünür.
Villa sahibi hadisə ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib. Onun sözlərinə görə, qəza zamanı evdə uşaqlar olub və onlar hadisədən qorxaraq travma keçiriblər.
Məlumata görə, gəmidə olan turistlər Bosfor boğazında axşam turuna çıxıblar. Qəzanın başvermə səbəbi hələlik müəyyən edilməyib.
Gəminin sahibi olan şirkət hadisə ilə bağlı açıqlama verməyib.
Türkan İsgəndərli