İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var
İtaliyanın Neapol yaxınlığındakı Poççuoli şəhərində 4,7 bal gücündə zəlzələ baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə İtaliyanın "ANSA" nəşri məlumat yayıb.
Bildirilib ki, zəlzələdən 21 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Məlumata görə, seysmoqraflar bradiseyzm hadisəsinin bu regiona qayıtmasından bəri qeydə alınan ən güclü göstəricini qeydə alıblar.
Bu, həmçinin son 40 ildə həmin ərazidə baş verən ən güclü zəlzələdir.
Aysel Mətləb