İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir
İtaliya İspaniya ilə Şengen sazişinin tətbiqini müvəqqəti dayandırıb.
TodayPress TV xəbər verir ki, İspaniyanın Şimali Afrikadakı anklavı olan Seutaya miqrant axınının artması fonunda İtaliya İspaniya ilə Şengen sazişinin tətbiqini müvəqqəti dayandıraraq iki ölkə arasında dəniz və hava sərhədlərində nəzarəti bərpa edib.
Məlumata görə, qərar daxili işlər orqanlarının məlumatları əsasında qəbul edilib.