İsveçrə silah ixracı qadağasının yumşaldılması ilə bağlı referendum keçirəcək

Dünya

17.04.2026 22:50

İsveçrədə hərbi münaqişə zonalarına silah ixracı qadağasının yumşaldılması ilə bağlı referendum keçiriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə İsveçrənin “ATS” agentliyi məlumat yayıb.

Məlumata əsasən, müvafiq referendumun keçirilməsi üçün müraciəti İsveçrə Sosial Demokrat Partiyası, "Yaşıllar", İsveçrə Yevangelist Xalq Partiyası və bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət təşəbbüs qrupu təqdim edib.

Agentlik bildirir ki, müraciət üçün tələb olunan 10 min imza əvəzinə, 75 mindən çox imza toplanıb.

Təşəbbüsçülər qanunun yumşaldılmasının İsveçrə silahlarının ABŞ də daxil olmaqla bəzi ölkələrə ixracı üçün geniş imkanlar açmasına etiraz ediblər. Onlar həmçinin İsveçrə istehsalı olan silahların mülki və beynəlxalq münaqişə zonalarına, yaxud insan haqlarını kobud şəkildə pozan rejimlərin əlinə düşməsinə qarşı çıxış ediblər.

Aysel Mətləb

TodayPress TV

tag: İsveçrə,Silah,İxrac,Qadağa,TodayPress TV,