İstanbulda tramvaylar toqquşdu: Yaralananlar var
İstanbulda Kabataş-Bağcılar tramvay xəttinin Pazartekke və Topkapı dayanacaqları arasında iki tramvay toqquşub.
TodayPress TV xəbər verir ki, qəzanın səbəbi hələlik müəyyən edilməyib.
Əraziyə yanğınsöndürmə, polis və təcili tibbi yardım briqadaları göndərilib.
Qəza nəticəsində yaralananların olduğu bildirilib.
Aysel Mətləb