İstanbul sahilində zəlzələ oldu

İstanbul sahilində zəlzələ oldu
21.05.2025 05:45 Dünya

İstanbulun Mərmərə sahilində 4 maqnitudalı zəlzələ olub.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri şəhərin Bahçelievler rayonundan 23,63 km cənub-qərbdə – Mərmərə dənizində qeydə alınıb. Zəlzələnin ocağı 8,16 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.


XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər