İsrailin Livana zərbələri dayanmır! Ölənlərin sayı 4 381-ə çatdı

İsrailin Livana zərbələri dayanmır! Ölənlərin sayı 4 381-ə çatdı
07.09.2026 23:45 Dünya

Son üç gündə Livanın cənubundakı Nəbatiyyə əyalətinə endirilən İsrail hava zərbələri nəticəsində 27 nəfər həlak olub, 69 nəfər yaralanıb.

TodayPress TV xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb.

"Martın 2-də hərbi eskalasiyanın başlanmasından bəri həlak olan vətəndaşların ümumi sayı 4 381-ə, yaralananların sayı isə 12 402-yə çatıb", – deyə qurumun hesabatında bildirilib.

Səhiyyə Nazirliyindən qeyd edilib ki, İsrail təyyarələri Livanın hava məkanını tərk etmir. Günün ikinci yarısında onlar Kfar-Tibnit və Nəbatiyyə-əl-Favqa şəhərlərinə hava zərbələri endiriblər. Bu hücumların nəticələri barədə hələlik məlumat daxil olmayıb.

Sərhəd bölgələrində Əl-Mansuri və Hula yaşayış məntəqələri bombardmana məruz qalıb, mülki əhali arasında xəsarət alanlar var.

Aysel Mətləb

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər