İsrail vurdu, Livan ordusu hərəkətə keçdi: Cənubda nə baş verir?

İsrail vurdu, Livan ordusu hərəkətə keçdi: Cənubda nə baş verir?
08.09.2026 23:40 Dünya

Livan ordusunun komandanlığı İsrailin bombardmanlarından sonra qoşunlara cənubdakı Nəbatiyyə vilayətində yaşayış məntəqələrinin patrullanmasını gücləndirmək barədə əmr verib.

TodayPress TV xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin "X" sosial şəbəkəsində dərc olunmuş bəyanatında bildirilib.

"Hərbçilərimiz işğalçı qüvvələrin olmadığı ərazilərdə mövqelərini möhkəmləndiriblər və yerli əhalinin müraciətlərinə cavab olaraq təhlükəsizliyin təmin edilməsi əməliyyatlarını aktivləşdiriblər", - mətndə qeyd olunub.

Aysel Mətləb

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər