İsrail ordusu "Hizbullah"ın yüksək vəzifəli üzvlərini hədəf aldı

Dünya

03.03.2026 17:48

İsrail Müdafiə Qüvvələri (İMQ) Livan paytaxtı Beyruta hücum edərək şiə Hizbullah hərəkatının yüksək vəzifəli üzvlərini hədəf aldığını bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə "İMQ"nin mətbuat xidməti çərşənbə axşamı məlumat yayıb.

Bəyanatda deyilir: “İsrail Müdafiə Qüvvələri Beyrutda Hizbullah komandirlərinə zərbələr endirib”.

Qeyd edək ki, bazar ertəsindən etibarən İsrail ordusu Livan paytaxtına bir neçə dəfə hava zərbəsi endirib. İMQ bildirib ki, Livana qarşı həyata keçirilən hücumlar "Hizbullah"ın İsrailin şimal bölgələrinə raket atəşinə cavab olaraq təşkil olunub.

Jalə Rövşən

TodayPress TV 

tag: İsrail,"Hizbullah",İsrail Müdafiə Qüvvələri ,Beyrut,Todaypress.tv,