İsrail İrana qarşı zərbəyə hazırlaşır? - Təhlükəsizlik Kabineti toplandı
İsrailin Təhlükəsizlik Kabineti Tehran və Vaşinqton arasında artan gərginlik fonunda İran ətrafındakı vəziyyəti müzakirə edib.
TodayPress TV xəbər verir ki, bu barədə "KAN" telekanalı məlumat yayıb.
Məlumata görə, İsraildə hazırlıq səviyyəsi yüksək olaraq qalır.
Bununla belə, mövcud vəziyyətin İsrailin iştirakı ilə İrana hücuma çevrilib-çevrilməyəcəyi ilə bağlı qeyri-müəyyənlik saxlanılır.
Aysel Mətləb