İsrail "Hizbullah"ın yeraltı obyektini məhv etdi

İsrail "Hizbullah"ın yeraltı obyektini məhv etdi
29.07.2026 13:37 Dünya

İsrail Müdafiə Ordusu Livanda BMT-nin sülhməramlı missiyasının (UNIFIL) postundan təxminən 300 metr aralıda yerləşən "Hizbullah"ın yeraltı komanda mərkəzinin məhv edildiyini bildirib.

TodayPress TV bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətinə istinadən xəbər verir.

Hərbçilərin məlumatına görə, Livanın cənubundakı bufer zonasında yerləşən Haddata kəndində keçirilən əməliyyatlar zamanı uzunluğu təxminən 55 metr olan yeraltı tunel aşkar edilib. Tunel üç otaqdan ibarət olub və "Hizbullah" qruplaşması tərəfindən komanda mərkəzi kimi istifadə edilib.

Bundan əlavə, hərbi qulluqçular tunellə birləşən və içərisində çoxlu sayda silah olan yeraltı şaxta da aşkar ediblər.

İsrail ordusundan bildirilib ki, bu həftə ordunun mühəndis bölmələri yeraltı obyekti məhv edib.

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər