İsrail ABŞ-ni İrana zərbə endirməyə təşviq etmir

Dünya

16.01.2026 16:15

İsrail rəhbərliyi Vaşinqtonla dialoqda ABŞ-nin İran ərazisinə mümkün hərbi zərbə endirməsi məsələsində israr etmir və bu mövzuda Ağ Evə təzyiq göstərməməyə çalışır. 

TodayPress TV xəbər verir ki, bu barədə "Axios" portalı amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ hazırda İsrail ilə sıx təmasdadır və Vaşinqtonun İrana qarşı ata biləcəyi mümkün addımlar barədə fəal məsləhətləşmələr aparır.

"Netanyahu Trampa bunu etməməyi deməyib, lakin onu bu addıma da sövq etmir", - deyə rəsmi vurğulayıb.

Eyni zamanda, Netanyahu dərk edir ki, vəziyyət gərginləşəcəyi təqdirdə İsrail ərazisi də ciddi zərər görə bilər. Mənbələrin bildirdiyinə görə, İsrail hakimiyyəti hazırda öz ərazisini xaricdən gələ biləcək kütləvi zərbələrdən tam qorumağa hazır deyil.

Aysel Mətləb

TodayPress TV

tag: İsrail ,Vaşinqton, Zərbə,İran,Todaypress.tv,