İshaq Dar: "ABŞ və İran arasında yekun atəşkəs sazişi ilə bağlı işlərin 80 faizi başa çatıb"

Dünya

18.04.2026 01:38

ABŞ və İran arasında yekun atəşkəs sazişinin bağlanması üzrə işlərin artıq 80 faizi tamamlanıb, lakin tərəflər bundan sonra daha çox çeviklik nümayiş etdirməlidirlər.

TodayPress TV xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar bildirib:

“Biz artıq işin 80 faizindən çoxunu görmüşük.. İndi hər iki tərəf çeviklik göstərməlidir”.

Dar vurğulayıb ki, danışıqlarda vasitəçilik edən Pakistan tərəflərin hərtərəfli razılığa gəlməsini təmin etmək üçün səylərini davam etdirəcək.

Lakin Pakistanlı mənbə “Əl-Cəzirə”yə bildirib ki, atəşkəsə nail olmaq üçün hələ çox iş görülməlidir. Bununla belə, İslamabad müsbət nəticəyə ümid edir.

Mənbənin sözlərinə görə, “Ümidimiz var və regionda sülh naminə yorulmadan çalışırıq. Buna nail olmaq üçün hər şeyə hazırıq”.

TodayPress TV

tag: İshaq Dar,ABŞ,İran,Atəşkəs,TodayPress TV,