İrəvan və London müdafiə körpüləri tikirlər
Dünya
05.12.2025 14:11
Böyük Britaniyanın dövlət müdafiə naziri İord Vernon Rodni Kokerin başçılıq etdiyi nümayəndə heyəti Ermənistana gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İrəvanda keçirilən görüşdə müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşdə iki ölkənin fövqəladə və səlahiyyətli səfirləri Varujan Nersesyan və Aleksandra Koul, həmçinin Böyük Britaniyanın Ermənistandakı ilk hərbi attaşesi mayor Tomas Şorland Bal da iştirak edib.
İki ölkənin nazirləri hesab edirlər ki, Ermənistan və Böyük Britaniyada rezident attaşelərin təyin edilməsi iki ölkə arasında müdafiə sektorunda əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcək.
Bundan əlavə, bir sıra beynəlxalq və regional təhlükəsizlik məsələləri də müzakirə edilib.
Aysel Mətləb
tag: İrəvan,London,Müdafiə,Körpü,Tdoaypress.tv,
