"İrəliləyiş yoxdur, amma təmaslar sürür" - Kubadan ABŞ ilə danışıqlar barədə AÇIQLAMA
Kuba hakimiyyəti danışıqlarda heç bir irəliləyişin olmamasına baxmayaraq, ABŞ hökuməti ilə təmasları davam etdirmək niyyətindədir.
TodayPress TV xəbər verir ki, bu barədə Karib respublikasının xarici işlər naziri Bruno Rodriqes Parrilla bildirib.
"Bizim danışıqlarımız olub, ABŞ ilə ünsiyyəti davam etdiririk. Lakin ABŞ tərəfindən siyasi iradənin olmaması səbəbindən danışıqlarda irəliləyiş olmayıb", - deyə o vurğulayıb.
Nazir əlavə edib ki, Kuba qarşılıqlı hörmət və Karib respublikasının işlərinə qarışmamaq prinsipləri əsasında bu cür danışıqlara hazırdır.
Bununla yanaşı, Rodriqes Parrilla danışıqlarda dəqiq bir gündəliyin olmadığını da qeyd edib.
Aysel Mətləb