İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?

İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
28.07.2026 10:11 Dünya

İranın Ukraynaya birbaşa zərbə endirməsi ehtimalı azdır və onun hədələri əvvəlki hallarda olduğu kimi, yüksək səslənən bəyanatlardan o yana keçməyə bilər.

TodayPress TV "Axar.az"a isitnadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sabiq sözçüsü Vladislav Seleznyov bildirib.

"Müəyyən mənada bu bəyanatlar boş sözlərdir. Baxmayaraq ki, İran belə məsafələri qət edə bilən, o cümlədən ballistik raketlərə malikdir, onların uçuş trayektoriyası üçüncü ölkələrin ərazisindən keçməli olacaq. Raket silahının həmin ölkələrin hava məkanından istifadə etməklə tətbiqi isə faktiki olaraq silahlı təcavüz aktı kimi qiymətləndirilə bilər", – deyə Seleznyov qeyd edib.

Onun sözlərinə görə, bu halda raketlər İranla qonşu ölkələrin hava məkanından keçməli olacaq. Xüsusilə də sual yaranır ki, Azərbaycan və Türkiyə buna göz yummağa hazır olacaqlarmı, yoxsa diplomatik və ya hətta hərbi şəkildə reaksiya verəcəklər.

"Mən düşünürəm ki, ayətullah rejiminin nümayəndələri də bu riskləri nəzərə alırlar. Boş bəyanatlar isə onlar üçün ənənəvi davranışdır", – deyə Seleznyov vurğulayıb.

Ekspert əlavə edib ki, İran rejiminin nümayəndələri hər dəfə Ukraynanı ittiham etməyə çalışırlar:

"Guya Ukraynanın hərəkətləri səbəbindən itkilər verirlər. Amma özlərinin Rusiya ordusunun əsas dəstəkçilərindən biri olduqlarını gizlədirlər. İran Rusiyaya, xüsusilə də hər gecə dinc ukraynalıları öldürmək üçün istifadə olunan ”Şahid” pilotsuz uçuş aparatlarını tədarük edir. Buna görə də bütün bu söhbətlər sadəcə təbliğat xarakteri daşıyır. İranın Ukraynaya qarşı silahlı təcavüz aktına gəlincə isə, mənim bununla bağlı ciddi şübhələrim var. Aydındır ki, nəyisə istəmək başqa məsələdir, buna real imkanın olması isə tamamilə başqa məsələdir".

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər