İranın iki neft tankeri hücuma məruz qaldı – YENİLƏNDİ
ABŞ Silahlı Qüvvələri Cask adası yaxınlığında iki tankerə zərbə endirib.
TodayPress TV xəbər verir ki, bu barədə İranın Dövlət Teleradio Şirkəti məlumat yayıb.
Məlumata görə, tankerlərin heyəti qayıqlara minib və adaya tərəf istiqamətlənib.
Xatırladaq ki, daha əvvəl "Tasnim" agentliyi ABŞ Silahlı Qüvvələrinin Xarq adası yaxınlığındakı lövbərsalma zonasında olan İranın neft tankerinə hücum etdiyi barədə məlumat vermişdi.
Aysel Mətləb
***
İranın Cask liman şəhərində partlayış səsləri eşidilib.
TodayPress TV xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Əlavə heç bir detal verilməyib.
Aysel Mətləb